Misli Premyer Liqasının XXXI turunda "Qarabağ" "Neftçi"ni məğlub edib.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
"Köhlən atlar"ın heyətində Abdullah Zubir (22), Yassin Benzia (40, pen) və Nəriman Axundzadə (41) fərqləniblər.
Cari mövsümün bitməsinə 6 tur qalmış Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 76 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.
Misli Premyer Liqasının XXXI turunda "Sabah" "Səbail"ə qalib gəlib.
Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilmiş oyunda "bayquşlar" 3:2 hesablı qələbə qazanıblar.
Meydan sahiblərinin qolları Sofian Çakla (31), Dmitro Litvin (82, avtoqol) və Coy Lens Mikelsin (90+3) aktivinə yazılıb. Qonaqların heyətində isə İnnosent Nşuti (21) və Süleyman Alluş (74) dəqiq zərbə müəllifi olublar.
Turnir cədvəlində "Sabah" 39 xalla beşincidir. "Səbail" isə 20 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
Misli Premyer Liqasının XXXI turunda "Qarabağ" klubu "Neftçi" ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Elçin Məsiyev idarə edəcək.
Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Cari mövsümün başa çatmasına 6 tur qalmış Ağdam təmsilçisi 73 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.
Günün daha bir oyununda isə "Sabah" klubu "Səbail"lə qarşılaşacaq. "Bank Respublika Arena"da baş tutacaq görüş saat 17:30-da başlayacaq.
Turnir cədvəlində "Sabah" 36 xalla beşinci sırada yer alıb. "Səbail" isə 20 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
Misli Premyer Liqası
IV dövrə, XXXI tur
19 aprel
17:30. "Sabah" - "Səbail"
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
"Bank Respublika Arena".
20:00. "Qarabağ" - "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
Tofiq Bəhramov adına Respublika stadionu.