Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər başladı - FOTO
Dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi 2023”ün başlamasının elanı ilə əlaqədar baş tutan mətbuat konfransı zamanı tədbirin “Vətənpərvərlik”, “Təhsil və Elm”, “İdman və Sağlamlıq”, “Mədəniyyət”, “Mənəvi Tərbiyə” kimi istiqamətlərə əsaslanacağı və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən könüllüləri əhatə edəcəyi bildirilib. Konfransda qeyd edilib ki, daim inkişaf edən könüllülük hərəkatı onu göstərir ki, İlham Əliyevin hər zaman nəcib bir fəaliyyət kimi dəyərləndirdiyi və diqqət ayırdığı könüllülük fəaliyyəti bu gün institusional səviyyədə inkişaf edib.
“Könüllülük Həftəsi”nə start verildiyi gün Bakı şəhərində baş tutan konfransla paralel olaraq 15 şəhər və rayonda könüllülər tərəfindən şəhid və qazi ailələri ziyarət olunub, eyni zamanda region ərazilərində Şəhidlər xiyabanlarına yürüş edilib və təmizlik aksiyaları keçirilib.
Dekabrın 5-də baş tutan mətbuat konfransından dərhal sonra Azərbaycan könüllüləri rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsini təcəssüm etdirən Hərbi Qənimətlər Parkını ziyarət edərək, müharibə iştirakçısı olmuş könüllülərlə görüş keçiriblər.
Qeyd edilən istiqamətlər arasında 6 dekabr tarixindən fəaliyyətə başlayan və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan, vətənpərvərlik istiqaməti üzrə “Könüllü Qəhrəmanlarımız” layihəsi baş tutub.
Azərbaycan Respublikası Gənclər Fondu və tərəfdaş qurumların təşkilatçılığı ilə 2018-ci ildən etibarən başlayan və hər ilin dekabr ayında həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” 2023-cü ildə də bir-birindən fərqli layihə və tədbirlərlə yadda qalacaq.
Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilir.
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Bakıda Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun rəsmi açılış mərasimi başa çatıb
- Qanunsuz istənilən məbləğ və işıqsız qalan vətəndaş - MTK hansı qaydaları heçə sayır?
- BMT "ASAN xidmət"i 4 qitədə təşviq edəcək
- Ülvi Mehdiyev: "ASAN xidmət" modeli BMT xətti ilə dörd qitəyə ixrac olunacaq"
- Estetik əməliyyatdan sonra vəsiqə və pasportlar dəyişdirilməlidir? - "Kaspi"nin ARAŞDIRMASI
Rəylər