Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan tələbələrinin ilk kub formasında peykinin kosmosa çıxarılması planlaşdırılır
Bu il Azərbaycan tələbələrinin ilk kub formasında peykinin ("cubesat") kosmosa çıxarılması planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") Kosmik Akademiyasının rəhbəri İmran Muxtarov deyib.
İmran Muxtarov qeyd edib ki, akademiyanın cəmi 6 aydır fəaliyyət göstərməsinə baxmayaraq, artıq 8 beynəlxalq layihə icra olunur:
"Mövcud fiziki akademiyamızın rəqəmsal forması yaradılır. Rəqəmsal Akademiyanın məqsədi türk dövlətlərindən olan tələbələri alimləri kosmik sahədə əməkdaşlığa cəlb etməkdir. Artıq Qazaxıstan, Özbəkistan, Türkiyə olmaqla türk dövlətlərindən olan 21 universitetlə əlaqə qurmuşuq".
O bildirib ki, əsas hədəflərdən biri beynəlxalq kosmik təhsil məşvərət şurasına üzv olmaqdır:
"Artıq 3 fazalı müzakirələr bitib və onların indi uğurlu cavabını gözləyirik. 632 elmi məqalə ilə bu il Avstraliyanın Sidney şəhərində keçiriləcək Astronavtika konqresində ölkəmiz ABŞ-dən sonra 2-ci yerə sahib olub. Türkiyə də daxil olmaqla bütün bu regionda kosmik akademiyalar mövcud deyil. Akademiyamızın məqsədi Azərbaycanın kosmik sənaye gücünü dünyaya təcrübə mübadiləsi ilə tanıtmaqdır".
Aygün Mirakif
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" teqi üzrə xəbərlər
- AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"
- Vətəndaşlara ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
- Sektor müdiri: "Media subyektlərində İT mütəxəssis çatışmazlığı var"
- Prezidentdən İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası ilə bağlı SƏRƏNCAM
- Bakıda bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək