Ötən axşam Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub.
Oxu.Az xəbər verir ki, Suqovuşan kəndində baş verən hadisə zamanı Ələkbərova Məhbubə Əyyub qızı oğlu tərəfindən bıçaqlanıb.
Qadın xəstəxanaya çatdırılıb.
Ağdərə rayonunun Suqovuşan kəndində anasını bıçaqlayan şəxs artıq tutulub.
Oxu.Az-ın məlumatına görə, Məhbubə Əyyub qızı Ələkbərovanı bıçaqlayan oğlu, 2005-ci il təvəllüdlü Vüqar Ələkbərov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.