Ağdərə rayonu Suqovuşan qəsəbəsi yaxınlığında mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşmə səbəbi ilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) aprelin 1-i saat 15:20-də Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub:
"Sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir".
İşğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında aprel ayının biri tarixində mina hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Mahir Abdulla oğlu Məhərrəmov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
Aygün Mirakif
Ağdərədə mina hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan qəsəbəsi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində rayon sakini Mahir Abdulla oğlu Məhərrəmov xəsarət alıb.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.