İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qərar və qətnamələrdə Azərbaycanın mövqeyinin dəstəklənməsi, mina problemi ilə bağlı çağırışların səsləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Oxu.Az Baku TV-ə istinadla xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Bağdad görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, görüş zamanı dörd qətnaməyə yenidən baxılıb və sənədlərə müəyyən əlavələr edilib.
Deputat qeyd edib ki, Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi və mina xəritələrinin təqdim olunmaması aktual problem olaraq qalır. O, Ermənistanın bu istiqamətdə real addımlar atmasının vacibliyini vurğulayıb.
Ceyhun Məmmədovun fikrincə, Ermənistan sülh müqaviləsinin imzalanması üçün daha fəal mövqe nümayiş etdirməlidir.
Deputat, həmçinin İslam Əməkdaşlıq Təşkilatının sülh gündəliyini diqqətdə saxlamasının və Qarabağla Şərqi Zəngəzura sərmayə yatırılması məsələsinin əhəmiyyətini qeyd edib.