Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əli Tağıyev: "Azərkosmos"un layihəsi Türk Dövlətləri Təşkilatı üzrə fəaliyyət göstərəcək"
"Azərkosmos"un nəzdində fəaliyyət göstərən akademiya tərəfindən gələcəkdə mobil əsaslı kosmik innovasiya və "Steam" avtobusu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kosmik Agentliyi - "Azərkosmos"un nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın kosmik icma layihələrinin icra rəhbəri Əli Tağıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, regional bir layihədir:
"Layihə Türk Dövlətləri Təşkilatı üzrə fəaliyyət göstərəcək. Bu mobil tədris və təcrübə platforması nəinki Azərbaycanda fəaliyyətdə olacaq, həm də bütün türk dövlətlərinə, müxtəlif regionlara, məktəblərə səfər edəcək və hər bir kəsi kosmos elmi haqqında məlumatlandıracaq, onların maariflənməsinə müsbət təsir göstərəcək. Bu layihə ilə biz türk dövlətləri arasında həm elmi, həm də mədəni əlaqələrin inkişafına öz töhfəmizi verməyə çalışırıq".
Aygün Mirakif
"Azərkosmos" teqi üzrə xəbərlər
- "Azərkosmos" Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayıb
- Alper Gezeravcı: "Türkiyədə kosmik liman layihəsi üzərində iş gedir"
- "Azərkosmos" və "Türksat" arasında Anlaşma Memorandumu imzalanıb
- TDT-yə üzv ölkələrin kosmik agentliklərinin və aidiyyəti qurumlarının rəhbərlərinin görüşü keçirilib
- Dunay Bədirxanov: "Türk dövlətlərinin həmrəyliyi yalnız simvolik deyil, həm də strateji zərurətdir"