Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "baş redaktor"a hökm oxunub
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, Realmedia.az saytının baş redaktoru Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ramin Qurbanov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını istəmişdi.
Qeyd edək ki, Ramin Qurbanov ötən il aprel ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.
"Hədə-qorxu ilə tələb etmə" teqi üzrə xəbərlər
- İsmayıllıda qadını ölümə təhrik edən taksi sürücüsü həbs olundu
- "Kanal-11"in rəhbəri Teymur Kərimovun cəzası azaldıldı
- Qəbələdə sahibkar cərimə ödəmək əvəzinə şantaj və quldurluğu seçdi
- 47 yaşlı kişi sevgilisini fotoları ilə şantaj etdi - Övladlarını öldürməklə hədələdi
- Məşhur şirkətin sədr müavini də Mövlam Şixəliyevin əmlakı ilə bağlı dindirilib