Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan telekanallarında ən çox nəyə baxılır?
Cari ilin 3-cü rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların janr üzrə statistikası açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Audiovizual Şuranın yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü ilin üçüncü rübü ərzində (iyul, avqust və sentyabr aylarında) ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.
Statistikaya əsasən, ümumi olaraq açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların 21.1%-ni informasiya və analitik proqramlar təşkil edib. Sıralamada daha sonra idman proqramları (16.5%), reklam məzmunlu materiallar (ümumi 15.4%), bədii film və seriallar (ümumi 15.1%) yer tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sair materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 8.7% olub.
Hər bir televiziya kanalı üzrə statistika ilə əlavə olunmuş slaydlarda tanış olmaq olar.
"Audiovizual Şura" teqi üzrə xəbərlər
- Audiovizual Şura: "Matəm günü ilə əlaqədar televiziyaların proqramında DƏYİŞİKLİK ediləcək"
- Audiovizual Şuranın sədri mərakeşli həmkarı ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib
- İsmət Səttarov: "Qərəzsiz informasiya əldə etmək üçün media savadlılığına ehtiyac var"
- "Media savadlılığı" konfransının açılış mərasimi keçirilib
- Audiovizual Şura bəzi platforma operatorlarında nöqsanlar aşkarladı
Rəylər