Venesuelada keçirilən “Faşizm əleyhinə Beynəlxalq Sammit”də Azərbaycanda təmsil olunub.
Oxu.Az xəbər verir ki, 11-13 aprel tarixlərində Venesuelanın paytaxtı Karakas şəhərində keçirilən tədbirdə Azərbaycanı Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov təmsil edir.
Sammit zamanı faşizmə qarşı həyata keçirilən beynəlxalq tədbirlər, konfranslar, hərəkatlar, o cümlədən Venesuela və dost xalqlar arasında inkişaf edən kommunikasiya, yeni texnologiyalar, xalqlar arasında dostluq və həmrəylik, müxtəlif sahələrdə əməkdaşlıq və gələcək perspektivlər mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirdən sonra bir neçə gün ərzində nümayəndələr arasında ikitərəfli görüşlər keçiriləcək.
Qeyd edək ki, Venesuelada keçirilən “Faşizm əleyhinə Beynəlxalq Sammit”də müxtəlif ölkələrdən 200-ə yaxın nümayəndə qatılıb.