Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycana kəskin soyuqlar gəlir
Bakı və Abşeron yarımadasında oktyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Cənub-qərb küləyinin sürəti 9-14 m/s təşkil edəcək, axşam şimal-qərb küləyinin sürəti 15-20 m/s, gecəyə doğru arabir 25 m/s-dək güclənəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 16-19, günün birinci yarısında 28 dərəcəyədək yüksələcək, axşama doğru 16-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.
Nisbətən mülayim hava şəraitindən sonra oktyabrın 4-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun tədricən 5-8 dərəcə enəcəyi, fasilələrlə yağış yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- İşlədiyi şirkətin 75 min manata yaxın pulunu mənimsəyən satış təmsilçisinə şərti cəza verildi
- Abşeronda üç nəfərə otuz min manatdan çox ziyan vuran şəxslər SAXLANILDILAR
- Polis Abşeron və Ucarda 30 kq narkotik aşkarlayıb
- Övladlarının əlini yandıran anaya CƏZA VERİLDİ
- Abşeron və Binəqədi rayonlarında oğurluq edənlər saxlanılıblar