Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycana turist axını artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 1 milyon 502 min 695 xarici vətəndaş səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31% çoxdur.
Təkcə iyul ayında ölkəyə 271 591 nəfər gəlib. Bu da ötənilki göstəriciyə nisbətən 21% çoxdur.
Ötən ay Azərbaycana ən çox turist 78 140 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (34 719 nəfər), üçüncü yerdə isə Səudiyyə Ərəbistanı (24 255 nəfər) qərarlaşıb.
Bu dövrdə Hindistandan 20.1 min, İrandan 17.9 min, Qazaxıstandan 10.7 min, Pakistandan 9.8 min, Gürcüstandan 9.1 min, Omandan 5.5 min, BƏƏ-dən 5.4 min, Çindən 5.2 min, İsraildən 4.9 min, Küveytdən 4.1 min, Özbəkistandan 4.1 min, Ukraynadan 3.3 min turist gəlib.
"Dövlət Turizm Agentliyi (DTA)" teqi üzrə xəbərlər
- Dövlət Turizm Agentliyinin işçilərinin sayı artırıldı
- Azərbaycanda qış turizm mövsümünə start verilib
- Şəkidə tarixi məbədə 50 min manat xərclənəcək
- Dövlət agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik
- Kənan Qasımov: "Biz iqlim məsələlərinin turizm sektoruna cəlb olunmasına çalışırıq"
Rəylər