Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İran parlamentindən Netanyahu ilə bağlı qərar: Haniyənin ölümünə cavab olaraq…
İran Məclisinin (parlament) üzvü Məhəmməd Qasim Osmani Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İsrailin Baş naziri Benyamin Netanyahunun zərərsizləşdirilməsi ilə hədələyib.
Bu barədə Oxu.Az-a TASS-a istinadən bildirir.
"Ümid edirəm ki, İsmayıl Haniyənin qanının qisası olaraq daha bir "Doğru vəd" əməliyyatı (İran raketləri və pilotsuz təyyarələrinin 13 apreldə İsrail ərazisinə kütləvi hücumu) həyata keçiriləcək. Biz Netanyahunun ölümündən az heç nəyə razı deyilik", - deyə o, parlament iclası zamanı çıxışında qeyd edib.
Osmaninin sözlərinə görə, İran Haniyənin intiqamını almaq üçün doğru anı seçəcək.
Rəylər