Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda 12 günlük tətil başladı
Azərbaycanda 12 günlük tətil başlayıb.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 22 və 23 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin verdiyi qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
8 Mart - Beynəlxalq Qadınlar günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 10 mart qeyri-iş günü olmalı idi. Bundan başqa, 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalı idi.
Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- İkinci Dünya müharibəsi iştirakçılarına 2 500 manat veriləcək
- Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir
- Azərbaycan hökuməti məişət tullantıları ilə bağlı qərarına yenidən baxıb
- Xəstəlik vərəqi ilə bağlı YENİLİK
- "Kənd toyuğudur" deyib əhalini necə aldadırlar? - İşbazların tələlərinə düşməməyin YOLLARI