Neftçala rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Neftçala Rayon Prokurorluğuna məlumatına görə, hadisə Şorkənd kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Almaz Mirəli qızı Göyçayeva evin gəlini olan 1965-ci il təvəllüdlü Samirə Əjdər qızı Göyçayevanı qətlə yetirib.
İlkin məlumata görə, baldız gəlini əlindəki dəmir alətlə arxadan başından vuraraq öldürüb.
Qatil baldızın ruhi xəstə olduğu ehtimal olunur. Almaz Göyçayeva polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.