ABŞ-ın Azərbaycandakı səfirliyi 10 – 14 mart, 2015-ci il tarixlərində Amerika Günləri festivalının keçirilməsini elan edib.
Oxu.Az səfirliyin məlumatına istinadən xəbər verir ki, Amerika Günlərinin məqsədi Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.
Festival çərçıvəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, Hindu qrupunun rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər nəzərdə tutulub.
Proqramın asas hissəsi Bakıda təşkil olunacaq, bundan əlavə Azərbaycanın bölgələrində də proqramlar həyata keçiriləcək.
Bütün tədbirlər ictimaiyyət üçün açıqdır və onlara giriş pulsuzdur (bəzi istisnalar olmaqla).