Martın 13-də Bakıda Azərbaycan-Belarus biznes forumu keçiriləcək.
Bu barədə Oxu.Az-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Belarus şirkətləri iştirak edəcəklər” - AZPROMO-nun məlumatında deyilir.
Xatırladaq ki, biznes forum Bakı Biznes Mərkəzində (ünvan: Neftçilər prosp., 32) keçiriləcək.
www.oxu.az