Azərbaycanda yanvar-avqust aylarında maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı artıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
"Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahəsində 268.3 milyon manatlıq məhsul istehsal edilib.
Hesabat dövründə avtomobil, qoşqu və yarımqoşquların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 89.3 faiz artıb.
Eyni zamanda, maşın və avadanlıqların istehsalında 73.6 faiz azalma qeydə alınıb.
2026-cı ilin ilk səkkiz ayında ölkədə 1 929 ədəd minik avtomobili istehsal olunub. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 380 ədəd azdır", - deyə məlumatda bildirilib.