Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda avtomobillərin sayı artıb - RƏSMİ + FOTO
“Dünyada şəhər əhalisinin kənd əhalisinə nisbəti 13 faizdən 55 faizə qədər yüksəlib”.
Oxu.Az-ın məlumatına əsasən, bunu ADA Universitetində keçirilən Milli Şəhərsalma Forumunun panel müzakirələrində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, Yer kürəsində artan urbanizasiya bir sıra problemlər yaradır. Nazir müavini qeyd edib ki, ətraf mühitin mühafizəsi, tullantıların düzgün zərərsizləşdirilməsi, şəhərsalmanın və infrastrukturun yeni çağırışlara uyğun yaradılması prioritet olmalıdır.
“Şəhərlərdə yaşıllıqların salınması vacibdir. Bakının yeni Baş Planında da bu, amil göstərilir. Bakıda yaşıllıq sahələrinin artırılması, bulvar ərazisinin 2040-cı ilə qədər uzadılması planlaşdırılır”, - deyə o əlavə edib.
Nazir müavini bildirib ki, Azərbaycanda, əsasən də ölkənin böyük şəhərlərində avtomobillərin sayının çoxalması müşahidə edilir. “Ölkədə havanın çirkləndirilməsinin 80 faizi avtomobillərin payına düşür”, - deyə o bildirib.
Qeyd edək ki, Forumun açılışı oktyabrın 5-də Ağdamda olub.
Daha çox foto burada: Photostock.az
Aqşin Kərimov
"ADA Universiteti" teqi üzrə xəbərlər
- "Nar" uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
- "COP29 və Dayanıqlı Media Təcrübələri" mövzusunda növbəti təlimlər keçirilir
- Böyük Britaniya lordları ADA Universitetində təşkil edilən konfransda çıxış ediblər
- Böyük Britaniya lordları Tahir Gözelin təşəbbüsü ilə Fəxri xiyabanı ziyarət ediblər
- Bəzi universitetlər beynəlxalq reytinqlərdə niyə yer ala bilmir?