Şimal bölgəsində bu gün ikinci zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 09:36-da Qubadan 27 km cənub-şərqdə, Şabran rayonu ərazisində baş verib.
7 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudası 3,5 bal olub. Zəlzələ hiss olunmayıb.
09.32
Quba rayonunda zəlzələ baş verib.
Oxu.Az AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, bu səhər yerli vaxtla saat 07:30-də Qubadan 27 km cənub-şərqdə Quba ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 5, dərinliyi 9 km olan zəlzələ episentirdə 5 bal, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

E.Ə.
www.oxu.az