Şəkidə yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, bu gün saat 15:22 radələrində Şəki şəhəri Sabit Rəhman küçəsində Alxasov Elşada məxsus şadlıq evinin transformatorunda qısaqapanmadan yanğın baş verib.
Hadisə yerinə FHN-in Şəki rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Qısa müddət ərzində transformatorda baş verən yanğın məhdudlaşdırılıb. Yanğın nəticəsində transformatorun şitləri yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-in Şəki rayon DYMX-də araşdırma aparılır.