Azərbaycanda respublika üzrə dörd məcburi əmək faktı qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında (2019-cu il üzrə) bildirilir.
Qeyd olunub ki, aparılan araşdırmalarla Rusiyada tikinti sahəsində beş azərbaycanlının istismar edildiyi müəyyən edilib.
Bir azyaşlının isə respublikada məcburi dilənçiliyə məruz qalması müəyyən edilib. Təqsirkar şəxslər məhkəmə məsuliyyətinə cəlb olunub.
Qeyd edək ki, illik məlumat parlamentin mayın 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Aqşin Kərimov