Baş Dövlət Yol Polisi İdarəsi Quba-Qusar yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.
İdarədən Oxu.Az-a bildirilib ki, ərəb turistləri aparan “Mercedes Vito” markalı avtomobilin Quba-Qusar yolunda qəzaya uğraması zamanı sürücünün öldüyünə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.
17:32
Quba-Qusar yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Shownews.az xəbər verir ki, ərəbləri aparan “Mercedes Vito” markalı avtomobil dərəyə aşıb.
Hadisə nəticəsində sürücü ölüb, bir nəfər isə ağır xəsarət alıb.