Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Füzuli rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Hüseynov Əli Hüseyn oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində əsgər Rəhimov Mirqasım Vüqar oğlu dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, bu gün Bakıda bir hərbçini isə maşın vuraraq öldürüb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.
Müdafiə Nazirliyin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1988-ci il təvəllüdlü Tural Məhərrəm oğlu Bəşirov “VAZ-2106” markalı maşın tərəfindən vurulub. Hərbçi aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, yol qəzasında ölən hərbçi məzuniyyətdə olub.
www.apa.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin