Lənkəranda 16 yaşlı qız dərmandan zəhərlənib.
Oxu.Az xəbər verir ki, 2003-cü il təvəllüdlü Lənkəran rayon Tütəpeştə kənd sakini N. Ə. adlı qız işlədiyi istirahət-əyləncə mərkəzində halı pisləşdiyindən Təcili tibbi yardımla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olduğundan yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, o, intihar etmək məqsədilə 15 ədəd həb qəbul edib.

Faktla bağlı araşdırma aparılır.