Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda gənc qızın öd kisəsi əvəzinə qara ciyərini kəsdilər – Video
Elnarə Məmmədova adlı gənc qız öd kisəsi əvəzinə qara ciyərinin əməliyyat edildiyini iddia edir.
Oxu.Az-ın Lent.Az-a istinadən verdiyi xəbərə gröə, qız, öd kisəsindəki ağrılarla əlaqədar Respublika Kliniki Xəstəxanasına müraciət etdiyini bildirib.
Həkimlər qıza dövlət xəstəxanasında yox, özəl klinikada əməliyyat olunmağı təklif ediblər. Bu klinikada isə yanlış əməliyyat olunduğunu və bunun ondan gizlədildiyini iddia edir.
O, 40 dəqiqə əvəzinə 3 saat əməliyyatda qaldığını, 2 ay yataq xəstəsi olduğunu bildirib.
E.Məmmədova hazırda vəziyyətinin pis olduğunu, təkrar əməliyyata ehtiyacı olduğunu da deyib.

www.oxu.az