Sabah günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti mülayimləşəcək, havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib ki, aprelin 5-də ölkə ərazisində cənub küləyinin üstünlüyü temperaturun yüksəlməsinə səbəb olacaq.
Belə ki, aprelin 5-də Bakı və Abşeron yarımadasında 15-20, bölgələrdə Mərkəzi Aran rayonlarında 18-23, dağlarda 11-16 dərəcə isti olacaq.
G.Məmmədova qeyd edib ki, aprelin 5-də ölkə ərazisində arabir güclənən gilavar küləyi və ötən günlə müqayisədə temperaturun xeyli yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.