Polşa şirkəti “JSK Architekci” Sumqayıtda stadion tikmək niyyətindədir.
Stadionun layihəsinin üzərində iş artıq başa çatıb, bu layihənin reallaşdırılmasını maliyyələşdirəcək SOCAR-la da ilkin razılıq əldə olunub.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu şirkətin vitse-prezidenti Mariuş Ruts bildirib.
Şirkətin vitse-prezidentinin sözlərinə görə, memorandum artıq SOCAR-la imzalanıb.
“Ümid edirik ki, ilin sonuna qədər biz stadionun tikintisinə başlamağı bacaracağıq”, - Ruts deyib.
İlkin layihədə 40 min oturacaqlı stadion tikmək planlaşdırılırdı, ancaq sonra SOCAR-ın rəhbərliyi 15 min oturacaqlı stadion tikməyi təklif etdi, Ruts əlavə edib.
Yeni stadionun altmışıncı illərdə tikilmiş köhnə stadiounun yerində tikilməsi planlaşdırılır. Stadion bütün müasir standartlara cavab verəcək.
“JSK Architekci” şirkəti stadionların planlaşdırılmasından başqa həmçinin aeroportların və ticarət mərkəzlərinin planlaşdırılmasıyla məşğul olur.
Şirkətdə həmçinin Bakıda “Ağ şəhər” layihəsində işləmək niyyəti var.