Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Quba rayonuna səfəri çərçivəsində burada yerləşən Hacı Cəfər məscidində olub. Şeyx məscidin təmiri üçün 10 min manat pul ayırıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, şeyxülislam ayırdığı pulu məsciddə olarkən nümayəndələrə təqdim edib.
Daha sonra məscidə 22 qeydiyyatdan keçən dini ədəbiyyat təqdim edilib. Həmçinin məscidə vəhhabilik əleyhinə olan kitab və Qurani-Kərim də verilib. Görüş Heydər Əliyev Mərkəzində davam etdirilib.
QMİ sədri Quba Memorial Soyqırımı Kompleksini də ziyarət edib. Şeyxülislam soyqırımı dünyanın ən dəhşətli faciəsi adlandırıb.
Qeyd edək ki, hazırda A.Paşazadə Qusar rayonundadır və Heydər Əliyevin abidəsini ziyarət edib, rayonun yerli dindarları ilə görüşüb. Qusar ziyarətindən sonra Şeyx Xaçmaza yola düşəcək.