Azərbaycanda hazırda vəzifədə işləyən qadınların sayı məlum olub.
“Report” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransı çərçivəsində Uqanda Respublikasının Qeyri-hökumət təşkilatları ilə birlikdə “Qadınların hüquqları və səlahiyyətləndirilməsi” mövzusunda keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti qadındır:
“Bundan əlavə, səkkiz nazir müavini, iki komitə sədri, bir icra başçısı, 68 icra başçısının müavini də qadındır. Son illər ölkədə qadın hakimlərin sayı da artıb. Bələdiyyələr səviyyəsində 38 faiz qadınların bələdiyyə üzvüdür”.
Rəylər