Uqanda Dövlət Yayımları Korporasiyasının (UBC) məşhur aparıcısı, şahzadə Edvard Rukidi Kidzananqoma ölkə ərazisində yerləşən Toro krallığının yeni hökmdarı elan edilib.
Oxu.Az bu barədə "Africanews" telekanalına istinadən xəbər verir.
Teleaparıcı Toro Vərəsəlik Komitəsinin qərarı ilə kral olub. O, vəfat edən kral IV Oyo Nyimba Kabamba İquru Rukidinin yerini tutub.
IV Oyo Nyimba Kabamba İquru Rukidi avqustun 27-də 34 yaşında vəfat edib. O, 1992-ci il aprelin 16-da anadan olub və atası III Patrik Devid Metyu Kaboyo Oliminin ölümündən sonra 1995-ci ildə, üç yaşında taxta çıxıb. Oyo dünyada taxta çıxan ən gənc monarx olub.
Uqanda Respublikasında rəsmi olaraq bir neçə ənənəvi krallıq tanınır. Onlar dövlət və siyasi hakimiyyətə malik deyillər, lakin monarxları əhəmiyyətli mədəni və ictimai nüfuzlarını qoruyub saxlayırlar.