Azərbaycanda icbari tibbi sığortanın bu ilin sonu, 2017-ci ilin əvvəllərində pilot layihə olaraq tətbiq olunması planlaşdırılır.
Düşünürəm ki, pilot layihə uzun müddət ərzində həyata keçirilə bilməz. Pilot layihə 6-9 ay ərzində həyata keçiriləcək. Məhz pilot layihənin nəticələrinə uyğun olaraq icbari tibbi sığortanın daha geniş şəkildə tətbiq olunması nəzərdə tutulub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.
O qeyd edib ki, icbari tibbi sığortanın Azərbaycan modeli bu yaxınlarda ölkə rəhbərliyinə təqdim olunacaq.
“Bununla bağlı sərəncam imzalanmalı, pilot layihənin tətbiqi ediləcəyi rayonlar müəyyən olunmalıdır. 2018-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortanın daha geniş şəkildə tətbiqi planlaşdırılır”, - deyə Z.Əliyev bildirib.