İmişlidə baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, İmişlinin mərkəzində VAZ-2121 markalı avtomobil idarəetməni itirərək yolayırıcı bordürün üzərinə çıxıb. İlkin məlumatlara görə, hadisə nəticəsində ölən olmayıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən görüntülər yanvar ayının 2-də İmişli rayonunda mərkəzi küçələrin birində baş verən qəzaya aiddir:
“Sürücü F.Əhmədli idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil arakəsmələrə dəyib. Hadisə zamanı xəsarət alan olmayıb. Sürücü barəsində İmişli RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib olunub və F.Əhmədli inzibati qaydada məsuliyyətə cəlb edilib”.
View this post on InstagramKönül Cəfərli
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - Video
- Vilayət Eyvazov Kollegiya iclası keçirdi: Tapşırıqlar verdi - Foto
- Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
- Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
- Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə
Digər xəbərlər