Bakıda uşaq faciəli şəkildə ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Rayon sakini azyaşlı Aylin Səfərova evlərinin (3-cü mərtəbə) pəncərəsindən yıxılaraq ölüb.
DİN-nin verdiyi məlumata əsasən, digər bədbəxt hadisə Saatlı rayonunda baş verib
Məlumata görə, Saatlı rayonunda yaşayan azyaşlı Ağaxan Fərzəlizadəni elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.