COVID-19 ilə mübarizəyə ayrılan xəstəxanalarda müalicə alan talassemiya xəstələrində ciddi qan azlığı yaranırdı. Pandemiya dövründə Milli Hematologiya və Transfuziologiya Mərkəzi həmin xəstəxanaları təmannasız qan və qan komponentləri ilə təmin edib.
Oxu.Az-ın məlumatına görə, bu sözləri TƏBİB-in canlı yayımında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.
O bildirib ki, bura trombosit kütləsi, təzə dondurulmuş plazma ilə təmin edilmə daxildir:
“COVID-19 infeksiyasının müalicəsində vaksindən öncə ən effektiv müalicə metodlarından biri COVID-19 immun plazmasının verilməsidir. Bu araşdırma bizim mərkəzdə aparıldı. Biz immun plazma hazırlayaraq 400-dən çox koronavirusa yoluxan xəstələrin müalicəsinə kömək etdik”.
Könül Cəfərli