Ötən ay İsmayıllı rayonunda itkin düşən şəxsin meyiti asılmış halda tapılıb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabr ayının 26-da İsmayıllı rayonunun Diyallı kənd sakini Məhəmməd Kərimov evdən çıxıb, geri qayıtmayıb.
Onun barəsində axtarış elan olunmuşdu.
Axtarışlar zamanı dünən Diyallı kəndinin meşə zolağında M.Kərimovun ağacdan asılmış vəziyyətdə olan qismən çürüməyə məruz qalmış meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.
