Bu gün Azərbaycanın Göyçay rayonunun Qarayazı kəndində Ermənistanın işğal etdiyi Ağdam rayonundan olan məcburi köçkün Müzayəm Xəlilova naməlum şəxsin evinə daxil olaraq sandıqdan 10 min manat pul və eyni məbləğdə qızıl-zinət əşyalarını oğurlaması ilə bağlı polisə müraciət edib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, polis əməkdaşları hadisə yerinə gələrək, araşdırma aparıblar. Göyçay rayon polis şöbəsində məsələ ilə bağlı cinayət işi qaldırılıb, oğrunun şəxsiyyətinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər davam etdirilir.