Azərbaycan blogerlərindən ibarət qrup Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının işinin dayandırılmasına çağıran kampaniyaya başlayıb.
Oxu.Az xəbər verir ki, kampaniyanın təşəbbüskarları dünya ictimaiyyətinə, BMT və onun bu sahədə ixtisaslaşdırılmış - Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (MAQATE) Ermənistanda yerləşən region və bütün dünya üçün təhlükə yaradan, qaçaqmalçılıq üçün nüvə materiallarının mənbəyi olan və “çirkli bombalar” hazırlayan “Metsamor” AES-i bağlanılması üçün müraciət ediblər.
“Metsamor” AES ətrafında beş tektonik qırılmalar mövcuddur, onlardan biri AES-in 500 metrliyində yerləşir.
Kampaniyanın müəlliflərinin sözlərinə görə, AES-də tətbiq edilən nüvə materiallarının terrorçuların əlinə düşmə riski çox yüksəkdir, bu materiallar “çirkli bombaların” hazırlanmasında istifadə edilə bilər.
Bundan başqa, AES-in nüvə tullantılarının işğal edilmiş Azərbaycan ərazilərində basdırıldığını ehtimal etmək üçün əsas var.
Blogerlər iddia edirlər ki, “Metsamor” AES-in istismarını dayandırmaq əvəzinə, Ermənistan onun istimar müddətini 2026-cı ilə qədər uzatmağı planlaşdırır. Bu isə bütün regionun yaxın 10 il müddətində böyük təhlükə altında olacağı deməkdir. 2011-ci ildə Yerevan Aİ-nın “Metsamor” AES-in bağlanmasına dair çağırışına məhəl qoymayıb.
“StopMetsamor” şüarı altında Facebook və Twitter sosial şəbəkələrində xüsusi səhifələr açılıb, eləcə də yaradılan dəvətin linki göstərilib:
https://twitter.com/StopMetsamor