Bu dəfə Xırdalan şəhərində kikboksinq üzrə keçmiş Avrasiya çempionu, idman ustası, 1977-ci il təvəllüdlü Fərhad Məmməd oğlu Aşurov özünü asıb. Bu barədə Vesti.Az-a Azərbaycanın Abşeron Rayon Polis İdarəsindən bildiriblər.
İntihar hadisəsi dünən səhər, “Quşçuluq” yaşayış massivində baş verib. Aşurov anasının qohumlarına qonaq getməsindən istifadə edib. Bu zaman evdə idmançıdan başqa onun qardaşı olub. O, həyətə çıxaraq, özünü evin giriş qapısından keçən qaz borusundan asıb. Aşurovun asılmış cəsədini qonşuları aşkarlayıblar. Onlar idmançının qardaşına zəng edərək, bu dəhşətli hadisə barədə məlumat veriblər. Qardaşı evin giriş qapısını açarkən dəhşətə gəlib...
Bildirilir ki, Aşurov idman karyerasını özü məhv edib. Federasiyadan onun narkotik maddə aludəçisi olduğunu öyrəndikdən sonra idmandan kənarlaşdırıblar. Bundan sonra o, həbsdə də olub. Keçmiş idmançının sağlamlığı, o cümlədən psixikası ilə problemləri olduğu üçün o, psixonevroloji dispanserdə uçotda olub. Alınmış məlumatlara görə, Aşurov həm də ayağında aparılacaq əməliyyata hazırlaşırmış.
Polislər qeyd ediblər ki, Aşurovların ailəsi əvvəllər Bakının Yasamal rayonunda yaşasalar da, bir müddət əvvəl Xırdalan şəhərinə köçüblər və burada sıxıntı içində yaşayıblar.
Hazırda faktla bağlı araşdırma aparılıq.
Xatırladaq ki, ötən şənbə Sumqayıtda daha bir idmançı, sambo və cüdo üzrə dəfələrlə respublika çempionu olmuş idman ustası Əhəd Rəcəbli özünü asmışdı.
Ümumilikdə isə, bu, Azərbaycanda son 4 gündə baş verən 6-cı intihar hadisəsidir.
www.vesti.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin