Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb
Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üçün illik məlumatında əksini tapıb.
Bildirilib ki, hesabat ilində pornoqrafik məlumatları və əşyaları qanunsuz yaymağa görə 8, əxlaqsızlıq yuvaları saxlamağa görə 21, fahişəliyə cəlb etməyə görə 70 cinayət törədilib.
Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Mərahim Nəsib
"İnsan alveri" teqi üzrə xəbərlər
- İnsan alverində ittiham olunan qadına CƏZA verildi
- Dövlət komitəsinin rəsmisi: "Uşaqlar sosial şəbəkələrdə insan alverinin qurbanına çevrilə bilərlər"
- P.Diddi həbsxanada olarkən nə qədər qazanıb?
- Castin Biber P.Diddi ilə münasibətləri haqqında həqiqəti üzə çıxardı
- Deputatdan təklif: "Uşaq alveri ilə bağlı cinayət məsuliyyəti daha sərt xarakter daşımalıdır"