Dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturunun gecə 3-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Dekabrın 25-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.