Bura Qubanın Zərqova kəndidir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki,qəribə adətlərdən biri kənddə qəbiristanlığın olmamasıdır.
Burada hər kəs ölüsünü öz həyətində basdırır.
Kənd sakinlərinin dediyinə görə, bu ənənənin tarixi XIII əsrdən başlayıb. Belə ki, həmin dövrdə bu ərazidə müxtəlif tayfalar məskunlaşıb. Həmin tayfaların isə hərəsinin öz qəbiristanlığı olub. Hər tayfa dünyadan köçən qohumunu öz qəbiristanlığında basdırıb. Bu ənənə indiyə kimi davam edir.
Zərqovada həmin tayfaların varisi olan 20-dən artıq nəsil yaşayır. Hər nəslin isə öz qəbiristanlığı var. Qəbiristanlıqlar həyətyanı sahələrdə yerləşir.
Qədim tarixə malik Zərqova kəndinin 1200 nəfərə qədər əhalisi var.