Sosial şəbəkələrdə yayılmış görüntülərin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonunda qeydə alınıb.
Belə ki, yol polisi sürücü Hüseynov Rauf Bəkir oğluna "saxla" əmri verib. Lakin sürücü əmrə tabe olmayıb, polis əməkdaşını idarə etdiyi avtomobil ilə vuraraq hadisə yerindən qaçıb.
İnsidentdən dərhal sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb və sürücünün şəxsiyyəti müəyyən edilib.
Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə sürücü barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu hadisə də onu göstərir ki, dövlət qurumlarının əməkdaşlarına qarşı bu cür hərəkətlərə yol vermək olmaz. Əks halda, həmin şəxslər qanun qarşısında cavab verib cəzalandırılacaqlar.
Посмотреть эту публикацию в Instagram"Göygöl" teqi üzrə xəbərlər
- "Hər gün qorxa-qorxa keçirik" - Beş kəndi rayon mərkəzi ilə birləşdirən körpü TƏHLÜKƏ SAÇIR - VİDEO
- Evini muzeyə çevirən sakin: Minlərlə qədim eksponat var - VİDEO
- Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapıb
- Alyona Əliyeva Göygöl Milli Parkından paylaşım edib
- Meyiti tapılan şəxsin anasından şok iddia: "Oğlumu bıçaqlayıb, dərəyə tullayıb qaçıblar"
Digər xəbərlər