Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda ticarət mərkəzində güclü YANĞIN
Sabirabadda yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Sabirabad şəhəri, Muğan prospektində yerləşən ticarət mərkəzində yanğın olub.
Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 600 kvadratmetr olan ikimərtəbəli ticarət mərkəzinin ikinci mərtəbəsində tavan və dam örtüyünün yanar konstruksiyaları 150 kvadratmetr sahədə və geyim əşyaları satılan mağazasının içərisində mallar 20 kvadratmetr sahədə yanıb.
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

"Sabirabad" teqi üzrə xəbərlər
- "İlğım" əmtəə nişanlı saxta "Himalay duzu" satışdan geri çağırılıb
- Ərəblər Biləsuvarda "Qırmızı Kitab"a düşən quşları ovlayırlar? - Araşdırmalara BAŞLANILDI
- Sabirabadda avtomobil su kanalına aşdı: Xəsarət alanlar var
- Sabirabadda minik avtomobili maneəyə çırpıldı: Ölən və yaralanan var
- Azərbaycanda kişi özünü qeyri-adi üsulla öldürdü