Azərbaycanın Siyəzən rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, rayon ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan zəhərlənən 57 nəfər rayon xəstəxanasına gətirilib.
Onlardan 15-i kişi, 24-ü qadın və 18-i uşaq olub. Zəhərlənən şəxslərin hamısının Şabran rayonunun Ağbaş kənd sakinləri olduğu bildirilib. İlkin araşdırmalar zamanı həmin şəxslərin avqust ayının 21-də Siyəzən rayonu ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan (paytaxt salatı) zəhərlənmələri müəyyən edilib.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.