Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə HƏLAK OLDU
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qızı Zöhrə İsmayılovanı avtomobil vuraraq öldürüb.
Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə yanvarın 20-də səhər saatlarında Mərdəkan-Zuğulba avtomobil yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Yolu keçmək istəyən 40 yaşlı Zöhrə Faiq qızı İsmayılovanı avtomobil vurub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına (Sabunçu xəstəxanası) çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ali təhsilli Z.İsmayılova 4 nömrəli xüsusi internat məktəbində müəllimə işləyirmiş. Hadisə o, işə getmək üçün avtobus dayanacağına keçmək istəyən zaman baş verib.
Z.İsmayılovanın 3 övladı qalıb.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Nigeriyada ağır yol qəzası: Onlarla ölü və yaralı var
- Azərbaycanda dəhşətli QƏZA: Qatar avtomobilə çırpıldı, yaralılar var
- "Range Rover"lə 4 nəfərin ölümünə görə yüngül cəza alan vəzifəli şəxs daha bir güzəşt istəyir
- ABŞ-də onlarla maşın toqquşub: Avtomobillərində qalan insanlar kömək gözləyirlər
- Bakıda yük avtomobili ağaca çırpılıb: Yolda SIXLIQ YARANIB
Rəylər