İyulun 3-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraitinin üstünlüyü gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı istisna edilmir. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
İyulun 4-də də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 3-də əsasən səhər və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı ehtimal olunur. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən qərb küləyi müşahidə olunacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 30-35, dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
İyulun 4-də də əsasən səhər və axşam saatlarında şişək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı ehtimal olunur. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən qərb küləyi müşahidə olunacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 29-34, dağlarda gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.