Azərbaycanda növbəti dəfə zəlzələ olub.
Oxu.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ötən gün aşxam yerli vaxtla saat 22:03-də, Cəlilabaddan 19 km cənub-şərqdə zəlzələ qeydə alınıb.
Episentrdə zəlzələnin maqnitudasi 3,1, dərinliyi 36 km olub.
Zəlzələ hiss olunmayıb.