Azərbaycanda zəlzələ baş verib.
Oxu.Az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 08.05-də Quba rayonundan 14 km cənub şərqdə qeydə alınıb.
Təkanlar yerin 42 km dərinliyində, 3,0 bal gücündə baş verib.
Zəlzələ hiss olunmayıb.
E.Ə.
www.oxu.az