Azərbaycanda güclü zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, yerli vaxtla saat 16:06:49-da Saatlıdan 41km şimal-şərqdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.
Yeraltı təkanların gücü Rixter şkalası ilə episentrdə 6 bala yaxın, respublika ərazisində 5.3 bala qədər qiymətləndirilib. Zəlzələnin episentri 30 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Bakıda da hiss olunub.
